Şamaxıda ağır qəza - Yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində 90-HV-905 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn 90-BB-478 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili toqquşub.
Hadisə zamanı 2010-cu il təvəllüdlü Namazlı Rəvan Siyavuş oğlu, 1985-ci il təvəllüdlü Mikayılov Anar Əfsər oğlu və 1983-cü il təvəllüdlü Namazov Siyavuş İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...