Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.
BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya qəbul edilib.
Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Oxşar xəbərlər
Şamaxı-Bakı yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR
Bakı şəhər Təhsil İdarəsi dünən şagirdlərin qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb. Qurumdan BAKU.WS-ə verilən məlumata görə, iyunun 12-də Qəbələdən Bakıy...