Şabrandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini cəlb olunub.
Əlavə məlumat veriləcək.
***19:55
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...