Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb
15
avq
2024
16:30
Şabranda su anbarında qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.
Həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Xəzərdə brokonyerlik edən şəxslər saxlanılıb - FOTO/VİDEO
Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...