Şabranda ev yanıb, iki uşaq xəstəxanaya yerləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunda fərdi yaşayış evi yanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində Zaur Niyazova məxsus evdə qeydə alınıb.
Yanğın nəticəsində ev sahibinin övladları - 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ağır olaraq qiymətləndirir.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Şabran rayon yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ermənilərin zərbələri nəticəsində dinc əhalinin əmlakına ciddi ziyan dəyir - FHN
Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini,...