Şabranda dağlıq ərazidə yanğın başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb edilib - YENİLƏNİB
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşıs...