Şabranda baş verən yanğın Siyəzənə keçib
19
avq
2022
09:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şabran rayonunda dörd gündür davam edən yanğın Siyəzənə keçib.
Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Künövşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.
Hadisə yerinə FHN-in Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən üç avtomobil və canlı qüvvə cəlb edilib.
Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Şahdağ Milli Parkında yanğın nəzarətə götürülüb - YENİLƏNİB
Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub. BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazir...