Şabranda avtomobil aşıb, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Toyota" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan altı nəfər Bakı şəhər sakinləri – Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda dəhşətli cinayət: “Dedi ki, gözəl-göyçək arvadın var...” - ŞOK TƏFƏRRÜAT
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red...