İş yoldaşını bıçaqlayıb, xəstəxanaya aparan şəxs saxlanıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda 27 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, mayın 6-da Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
*** 09:16
Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Sakit İbrahimzadəni ayağından bıçaqlayıb. 22 yaşlı gənc Sakiti bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.
Xəstəxanaya yerləşdirilən Sakit İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Sakitlə Hüseyn avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kişi əmisini dırmıqla öldürdü - YENİLƏNİB
Prokurorluq Laçın rayon sakininin əmisini öldürməsi barədə məlumat yayıb. Laçın rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, 20.04.2022-ci il tarixdə...