Əsgərlərimiz erməni kəşfiyyat qrupunun təxribatının qarşısını aldı: düşmən itki verib geri çəkildi (FOTO)
Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ordusundan ermənilərə ağır zərbə: 7 əsgər məhv edildi
Düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 12-ə keçən gecə Ermə...