Sevgilisini öldürməkdə ittiham olunan qadın əvvəllər də məhkumluq həyatı yaşayıbmış

Bakının Şağan qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, Elşad Şixiyev axşam saatlarında bacısına zəng edərək evlərinə dəvət edib:
"Dedi ki, Aysel adlı qız var, yemək hazırlayır, gəl bizə. Mənim ayağım sarıqlı olduğu üçün getmədim. Gecə saatlarında zəng gəldi və bildik ki, qardaşımı bıçaqlayıblar", - deyə mərhumun bacısı deyib.
Onun sözlərinə görə, Aysellə qardaşını dostu tanış edib, həmçinin qardaşı üç ay ərzində Ayselin övladına da baxıb:
"Deyilənə görə, Aysel əvvəllər həbsdə olub. Qardaşım evi sataraq onu azadlığa çıxarıb, borclarını ödəyib. Onunla ailə qurmaq istəyirdi, ev axtarırdı. Amma nəticədə, qardaşıma evi satdırdı, borca saldı. İşsiz olduğu üçün ona sex də götürmüşdü ki, işləsin".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sevgilisinin xalası qızına qarşı əxlaqsızlıq edən gəncə HÖKM OXUNDU
Abşeron Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsi...
