Sevgilisi tərəfindən qətlə yetirilən qızın meyiti Gəncəyə gətirildi - FOTO
06
yan
2019
09:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda qətlə yetirilən Azərbaycanlı qızın cənazəsi yaxınlarına təhvil verilib. BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarovanın meyti artıq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsində ekspertiza olunub. Qətlə yetirilən qızın meyti dünən gecə yaxınlarına təhvil verilib. Qənirə Cabbarova dəfn olunmaq üçün təyyarə ilə cənazəsi doğulub, boya-başa çatdığı Azərbaycanın Gəncə şəhərinə gətirilib.Qeyd edək ki, iki gün əvvəl 24 yaşlı Qənirə Cabbarova Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında taksi ilə evinə qayıdarkən Halil.A. adlı sevgilisi tərəfindən taksidə 55 bıçaq zərbəsi ilə qətlə yetirilib.BAKU.WS

Oxşar xəbərlər
Türkiyədə 55 bıçaq zərbəsiylə qətlə yetirilən Qənirənin FOTOları
Türkiyədə azərbaycanlı sevgilisini 55 bıçaq zərbəsi ilə qətlə yetirən Halil Acar saxlanılıb.BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, məhkəmə qarşısına...