Sevgililər Qəbələdə asılmış vəziyyətdə tapıldı - İntihar, yoxsa sui-qəsd?

Sevgililər Qəbələdə asılmış vəziyyətdə tapıldı - İntihar, yoxsa sui-qəsd?
Hadisə 2249
Qəbələdə bir-birini sevən iki gənc intihar edib.BAKU.WS xəbər verir ki, rayondan “aznews.az”a verilən məlumata görə, hadisə avqustun 28-də axşam radələrində baş verib. Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb:"Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Bir-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər”.Məlumatı verən şəxsin bildirdiyinə görə, cütlüyün eyni zamanda öldürülməsi versiyası da var:"Onların səhhətində heç bir problem olmayıb. Uzun zamandır ki, əlaqələri olub, oğlan qızın yaşadığı evə gəlib-gedirmiş. Gələcək həyatlarına qərar verən iki sağlam insan niyə intihar etsin?”BAKU.WS

Son xəbərlər