"Sevgililər günündə" 20 yaşlı sevgilisini başından güllələyib öldürdü - FOTO

Sevgililər günündə 20 yaşlı sevgilisini başından güllələyib öldürdü - FOTO
Hadisə 1

Ötən gün Türkiyənin Adana şəhərində dəhşətli qətl hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yaşar B. adlı şəxs "Sevgililər günündə" 20 yaşlı sevgilisi İpek Akgülü başından güllələyərək öldürüb.

Hadisə dünən axşam saatlarında Yumurtalıq bölgəsinin Asmalı məhəlləsidə baş verib.

Yaşar əvvəl İpeklə dalaşıb. Daha sonra onu başından güllələyərək tarlanı suvarmaq üçün istifadə edilən su quyusuna atıb. Cinayəti törədən şəxs təcili yardım və polis çağırıb.

İpek Akgülün cəsədi quyudan çıxarılaraq Adana Xəstəxanasının morquna aparılıb.

Yaşarın silahı isə hadisə yerindən bir neçə metr uzaqlıqda aşkar edilib.

Yaşar polislər tərəfindən saxlanılıb. Hazırda onn istinaq prosesi davam edir. Qətlin səbəbi isə hələ ki, açıqlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər