Sevdiyi qız gül buketini qəbul etmədi, özünü binadan atmaq istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində qeydə alınıb.
Dünən axşam saatlarında 2001-ci il təvəllüdlü Şəmkir sakini E.Q. Gəncədə inşa edilən binalardan birinin 3-cü mərtəbəsinə çıxaraq özünü aşağı atmaq istəyib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.
Polis şöbəsinə gətirilən E.Q.-dan intihara cəhdinin səbəbi soruşulub. O isə cavabında bildirib ki, 8 Mart bayramı münasibətilə sevdiyi qıza gül buketi alıb. Lakin qız buketi qəbul etməyib. Gənc oğlan bundan təsirlənərək özünü öldürmək istəyib.
Oxşar xəbərlər
Bakıda partlayış zamanı bu müğənni də gecə klubunda imiş - FOTO - TAM SİYAHI
Ötən gün 03:00 radələrində Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində baş verən partlayış zamanı müğənni Nicat Məhərrəmov da gecə klubunda olub. BAKU.WS x...