Sevda Yahyayevaya qarşı dələduzluq edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Sevda Yahyayevaya qarşı dələduzluq edilib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə ifaçının adından saxta hesab açılaraq paylaşımlar edilib. Bu barədə Sevda özü bildirib:
“Dəyərli izləyicilərim, əzizlərim, bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...