Sərxoş sürücü eyni vaxtda üç qəza törətdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində sərxoş sürücü qəza törədib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zakir Məmmədov adlı sürücü idarə etdiyi “QAZ-24" markalı avtomobili öncə "VAZ-2106" markalı avtomovilə vurub.
Ardından yaxınlıqdan keçən piyadanı əzib. Avtomobillə hadisə yerindən qaçmaq istəyən Z.Məmmədov bu zaman maşını evin hasarına çırpıb.
Qəza zamanı xəsarət alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və sərxoş sürücü saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR
Dekabrın 1-də, gecə saatlarında Şəmkir rayonunda “Mitsubishi Pajero” və “VAZ-21011” markalı avtomobillərin iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib...