Sərxoş olub obyektlərin şüşəsini sındırdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mühafizə Şöbəsinin əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə Quba şəhərindəki “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, dərhal polis nəfərləri Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba rayon Polis Şöbəsinə gətiriblər.
Araşdırmalar zamanı həmin şəxsin, rayon ərazisində bir neçə gün əvvəl də mağazalardan oğurluq hadisələri törətdiyi məlum olub.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda evlərdən 2 milyon manata yaxın oğurluq edildi - FOTO
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (D...