Sərxoş sürücünün yaratdığı təhlükənin qarşısı alındı - ANBAAN GÖRÜNTÜ
Bakı–Şamaxı–Yevlax avtomobil yolunda yol qaydalarını pozan sərxoş sürücü müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, sürücü yolun 220-ci kilometrində hissəsində hərəkət zamanı kobud qayda pozuntularına yol verib.
"VAZ 2102" markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə "saxla" işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.
Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsi "Yol hərəkəti qaydalarını kobud şəkildə pozan, habelə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri qanunla yolverilməzdir və bu kimi hallara qarşı qətiyyətli tədbirlər görüləcəkdir" deyərək belə sürücülüərə xəbərdarlıq edib.
Oxşar xəbərlər
"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus "Dağlılar Balıq" ictimai iaş...