Sərxoş halda transformatora girdi, yanaraq öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 32 yaşlı kişi yanaraq ölüb.
BAKU.WS "Qafqazinfo"nun məlumatına istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı "Günəşli" nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.
Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...