İctimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edildi

İctimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edildi
Video
Hadisə 1349

"Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib".

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

"Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Gəncədə sərnişinlərdən birinin avtobusda qeyri-etik hərəkətlər etməsi ilə bağlı videogörüntü sosial şəbəkədə müzakirə mövzusu olmuşdu.

***2024-08-30 - 10:18

Gəncədə sərnişin avtobusda qeyri-etik hərəkətlər edib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə ötən gün Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. 

Həmin anlar başqa bir sərnişin tərəfindən lentə alınıb. 

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər