Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq da vəfat etdi
Şəmkirdəki qəzada xəsarət alan 5 yaşlı uşaq vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə Şəmkir rayonunun Əliyaqublu kəndində qəzaya düşərək ağır xəsarət alan 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, qəzada Q. Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) da həlak olub. Yaralı sayı isə beş nəfərdir.
Qeyd edək ki, hadisə Əliyaqublu kəndi yaxınlığında "VAZ" markalı avtomobillə "KİA" markalı maşının toqquşması nəticəsində baş verib.
Oxşar xəbərlər
İsmayıllıda toyda 24 nəfər zəhərlənib
İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qey...