Şəmkirdə yeniyetmə Kürdə boğulma təhlükəsi ilə üzləşib, vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. C.Tağlının vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gəlibmiş.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....