Şəmkirdə qonşusunu döyən qadına elektron qolbaq tətbiq olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə 5 uşaq anası qonşusunu döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.
Kənd sakini Nəhayət adlı qadın eşidib ki, qonşu qadın onun öz qaynı ilə münasibətdə olması barədə məlumatlar yayıb. Məsələni araşdırmaq üçün Nəhayət qonşuya gəlib İlahini çağırıb və "mənim haqqımda niyə belə məlumat yaymısan?" - deyə soruşub. İlahi həmin məlumatı yaydığını təsdiqləyib.
Həyətdə qadınlar arasında mübahisə başlayıb, Nəhayət əlindəki ağac parçası ilə İlahiyə baş nahiyəsindən zərbələr endirib. Qonşuların səyi nəticəsində dava sakitləşdirilib və hadisə yerinə polis əməkdaşları dəvət olunublar.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Nəhayət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq edilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...