Şəmkirdə öldürülən 19 yaşlı gəncin atası: "Həkimə vaxtında çatdırılsaydı, yaşayardı"
Şəmkir rayonunun Kür qəsəbəsində 16 yaşlı yeniyetmə tərəfindən qətlə yetirilən 19 yaşlı Ramal Quliyevin atası Malik Quliyev hadisə ilə bağlı danışıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, ata oğlunun xəstəxanaya vaxtında çatdırılmadığını bildirib:
"Oğlumu bıçaqlayıb öldürüblər. Əgər həkimə vaxtında çatdırılsaydı, bəlkə də yaşayardı. Yarası çox dərin olmayıb, sadəcə daxili qanaxma baş verib, qan damarlardan bədəninin içərisinə axıb".
Mərhumun digər yaxınlarının sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı gənc Ramalı öz evinə çağırıb:
"Onu həyətə çağırıb, orada bıçaqlayıblar. Daha sonra yaralı halda evin içərisinə salıblar və kiməsə zəng ediblər".
Qeyd edək ki, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Hadisəni törətməkdə şübhəli bilinən F.Paşazadə artıq saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda universitetin kafedra müdiri QƏFİL vəfat etdi
Mingəçevir Dövlət Universitetinin (MDU) İngilis dili kafedrasının müdiri Mehdi Rəhimov vəfat edib. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, 44 yaşlı M.Rəhi...