Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Mingəçevirdə evdə yanğın zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanvarın 16-da Mingəçevir...