Şəmkirdə maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti açılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...