Şəmkirdə iki nəfər pomidor turşusundan zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən apa-ya bildirilib.
Qeyd olunub ki, 14.03.2025-ci il tarixində saat 10:30 radələrində 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (1-i kişi cinsi, 1-i qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***09:50
Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.
Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...