Şəmkirdə qanlı gecənin TƏFƏRRÜATI: 16 yaşlı gənc qətli bacısına görə törədibmiş
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.
BAKU.WS APA-ya istinadən bildirir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş.
F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı 16 yaşlı F.Paşazadə 19 yaşlı Ramal Quliyevə 3 bıçaq zərbəsi vurub.
R.Quliyev hadisə yerində həyatını itirib.
***10:06
Şəmkirdə qətlə hadisə baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.
Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...