Şəmkirdə gənc oğlan ağır yanıq xəsarətləri alıb
03
may
2026
21:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir sakini ağır yanıq xəsarətləri alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 2003-cü il təvəllüdlü F.Məmmədov bədənin 70-80 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda gənc oğlanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, F.Məmmədov yaşadığı evdə benzinlə ocaq yandıran zaman yanıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...