Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü
23
mar
2026
21:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana və oğulun döyülməsi ilə nəticələnib.
Daha sonra G.Həmzəyevə məxsus VAZ-2106 markalı maşına da zərər verilib.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...