Şəmkirdə avtomobil betona çırpıldı: Yaralananlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər xilasedicilər tərəfindən çıxarılıb.
Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.
Oxşar xəbərlər
Qaxda vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların...