Şəmkirdə oğlu tərəfindən balta ilə öldürülən qadın müəllimə olub - TƏFƏRRÜAT

Şəmkirdə oğlu tərəfindən balta ilə öldürülən qadın müəllimə olub - TƏFƏRRÜAT
Foto
Hadisə 41

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev balta ilə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandıraraq intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Şəmkirdə oğlu tərəfindən balta ilə öldürülən qadın müəllimə olub - TƏFƏRRÜAT

***

Şəmkirdə qətl hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib. O, daha sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Onun öldüyü bildirilir.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər