Şəmkirdə 2 nəfərin üstünə divar uçdu - Biri öldü
20
may
2026
11:21
Şəmkirdə bədbəxt hadisə baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman divar uçub. Nəticədə 2 nəfər uçmuş mişar daşlarının altında qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.
Məlum olub ki, hadisə nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb. Ölən şəxsin 44 yaşlı Göygöl sakini İlqar Quliyev olduğu müəyyənləşib. Xəsarət alan isə 53 yaşlı Şəmkir rayon Yeni Yol kənd sakini Ələddin Bayramovdur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmənin ilk baxı...