Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb
27
may
2025
12:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir sakini yanaraq ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbənin sakini, 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...