Səkkiz azərbaycanlı Almaniyadan deportasiya edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan səkkiz azərbaycanlı Almaniyadan deportasiya edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, 2015-ci ildə Almaniyaya gələrək qaçqın kimi sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.
Deportasiya olunan səkkiz nəfərdən üçü bir ailənin üzvü olub.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.
Oxşar xəbərlər
Almaniya 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarıb
Almaniyada miqrasiya idarələrinə saxta sənəd təqdim edərək sığınacaq üçün müraciət edən 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarılıb. BAKU.WS...