Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu
Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan üç min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də iki min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb.
O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib. Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uz...