Şəkidə həyat yoldaşının qətlində təqsirləndirilən şəxs HƏBS EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Həmid Nazim oğlu Əliyev həbs edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Şəki Rayon Məhkəməsində H.Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və H.Əliyev barədə dörd ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, iyunun 5-də səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində 34 yaşlı Zəhra Məlik qızı Əliyevanın atasının evində meyiti tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb və H.Əliyev saxlanılıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...