Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində qətlə yetirilib.
Oxşar xəbərlər
22 saylı məktəbdə kişi gözətçi xadiməçiyə yumruq vurub?
Məktəbdə gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib. BAKU.WS xəbər verir ki, "Xəzər Xəbər"in vatsapp nömrəsin...
