Şəkidə 64 yaşlı kişi transformatora toxunaraq faciəli şəkildə ölüb

Şəkidə 64 yaşlı kişi transformatora toxunaraq faciəli şəkildə ölüb
Hadisə 43

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Məcidov Ramis Növzət oğlu yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatora yaxınlaşaraq içərisində olan elektrik naqillərindən tutması səbəbindən ölüb.

Yaxınlarının deməsinə görə, mərhum R.Məcidov uzun müddət psixi xəstəlikdən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar müalicə almasına baxmayaraq səhhətində hər hansı yaxşılaşma müşahidə edilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər