Şəkidə 11 yaşlı uşağın ölüm SƏBƏBİ AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki rayonunda 11 yaşlı yeniyetmənin ölümünün ilkin səbəbi açıqlanıb.
BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.
Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
***11:43
Şəkidə 11 yaşlı uşaq qəfil ölüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin qəfil halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Ağabalayev ürək çatışmazlığından xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...