Səidə Behbudova vəfat etdi
06
avq
2025
09:40
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Səidə Behbudova vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, S.Behbudova xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb. "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının "Fortepiano" ixtisası üzrə professor heyətində fəaliyyət göstərib.
Oxşar xəbərlər
Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı
Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla - red.) hüquq-mühafizə orqan...