Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"

Şəhid Abbasəli Nəzərəliyevin xanımı: İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq
Video
Hadisə 90

1990-cı ilin 20 Yanvar faciəsindən 35 il ötür.

Keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Bakıda qırğınların törədiləcəyindən xəbərdar olan ermənilər Naxçıvan istiqamətində də iğtişaşlara cəhd edirlər və yanvarın 19-dan etibarən burada döyüşlər başlayır. Vətənini qoruyarkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igidlərdən biri də Naxçıvan sakini Abbasəli Nəzərəliyevdir. Şəhidin həyat yoldaşı Mədinə Nəzərəliyeva qəhrəmanımızla bağlı xatirələrini bölüşüb.

"Yanvarın 14-də hər iki qardaş cəbhəyə yazıldı. Sədərək istiqamətində gedən döyüşlərdə iştirak edən Abbasəli ayın 19-da evə gəldi. 20-də səhər qızını öpüb, sonuncu dəfə sağollaşırmış kimi mənə baxdı və evdən çıxdı. Qonşu gəlib dedi ki, axşam Bakıda insanları qırıblar. Həmin gün bütün qohum-əqrəba bizdə idi. Hamı Abbasəlinin şəhid olduğunu bilirdi, amma bizim xəbərimiz yox idi. Abbasəli Vətənini, xalqını çox sevirdi. İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq", - deyə M.Nəzərəliyeva qeyd edib.

Ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Şəhidimizin anası vəfat etdi

Şəhidimizin anası vəfat etdi

Vətən müharibəsi şəhidi Rafael İbrahimovun anası Maftuxa Bikbayeva vəfat edib.  BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat v...

8 Hadisə 11:05 08 iyun 2025

Son xəbərlər