Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirdi
Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirdi.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir.
Səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub", - DİN-dən bildirilib.
Qeyd edilib ki, qəzada xəsarətlər alan sürücü və sərnişini - Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!".
Oxşar xəbərlər
Bakıda qadın hamamda qazdan boğulub öldü
Bakıda qadın qazdan zəhərlənib. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 56 yaşlı Aytən Mirzəli qızı Qən...