Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.
BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.
Oxşar xəbərlər
İşdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib. İsmayıllının s...