“Sədərək"də zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

17
iyl
2019
18:02
“Sədərək" Ticarət Mərkəzində, "Meyvəli" bazarında zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə gətirilən 5 xəstə izahat yazaraq evə buraxılıblar.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzinin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva bildirib ki, səhər saat 11-dən günorta 13:30-dək 5 satıcı Klinik Tibbi Mərkəzə qəbul olunub:"Xəstələrin dediklərinə görə, səhər saat 9-da səyyar satıcı tərəfindən satılan lavaşda soyutma yumurta qəbul ediblər. Bəzilərində 30 dəqiqədən sonra, bəzilərində isə 1-2 saatdan sonra mədə bulanması, qusma, baş ağrısı, mədədə ağrılar və ishal əmələ gəlib. Saat 11 radələrində 3 nəfər, 12:30-da 1 nəfər, 13:30-da isə daha bir nəfər mərkəzə qəbul olunub”.G.Babayeva əlavə edib ki, onlar özlərini yaxşı hiss etdiklərinə görə izahat yazaraq, evə buraxılıblar.
Oxşar xəbərlər
"Meyvəli"də kütləvi zəhərlənmə
Bakıda "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub. BAKU.WS xəbər verir ki, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.Səhiyyə Nazirliyindən bildirilib k...
