“Sədərək”də güclü yanğın baş verib - VİDEO - YENİLƏNİB

“Sədərək”də güclü yanğın baş verib - VİDEO - YENİLƏNİB
Video
Hadisə 749

FHN-in 112 "Qaynar" telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

İlkin məlumata əsasən yanğın nəticəsində ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.

***19:47

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın baş verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, TM-nin damı alışıb.

Hadisə yerindən aldığımız görüntülərdə yanğının mülki şəxslər tərəfindən söndürülməsi cəhdləri əks olunub.

Həmin videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər