"Sədərək"də avtobus və avtomobillə toqquşdu - 2 nəfər xəsarət alıb - FOTO

08
dek
2019
13:28
Bu gün Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki avtobus toqquşdu - Xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2
Bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.Verilən m...