Şəbnəmi öldürən qardaşının cəzası bəlli oldu
Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Mustafazadəni qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı qardaşı Səfər Mustafazadənin məhkəməsi başa çatıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, ali təhsilli müəllim olan Şəbnəm "Siyəzən Broyler" ASC-də mühasib köməkçisi kimi çalışırmış. O, müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub.
Şəbnəmlə qardaşının münasibətinin yaxşı olduğu, Səfərin axşam saatlarında bacısına qəfil hücum edərək onu qətlə yetirdiyi bildirilib. Hadisə ötən il avqustun 24-də, saat 22:30 radələrində qeydə alınıb.
Qalereya
Oxşar xəbərlər
Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu
Dünən səhər saatlarında Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, "Mert Marine Corporation" şirkətinə məxsus "TEDY" yedək gəmisinə d...