Səbail rayonunda tikinti aparmaq istəyənlərin NƏZƏRİNƏ - Bu halda cərimə tətbiq olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Səbail rayonunda 70 ədəd qanunsuz tikinti və torpaq zəbtlərinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Səbail rayon İcra Hakimiyyətindən bildirilib.
"2025-ci ildə rayon ərazisində müxtəlif ünvanlarda ümumilikdə 70 ədəd, son 6 ay ərzində isə 17 ədəd qanunsuz tikinti-quraşdırma işlərinin, torpaq zəbtlərinin qarşısı alınıb və aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb", - deyə açıqlamada qeyd olunub.
Həmçinin bildirilib ki, qanunsuz tikinti aparan şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunaraq cərimə məbləği tətbiq olunur.
Banu Hüseynli
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...